İqbal Ağazadənin maliyyə dəstəkçisi: Eldar Mahmudovun adamı İlham Qasımov…backend

İqbal Ağazadənin maliyyə dəstəkçisi: Eldar Mahmudovun adamı İlham Qasımov...

9 fevral növbədənkənar parlament seçkilərinin keçirilməsinə iki gün qalmasına baxmayaraq, bir çox bir çox dairələrdə rəqiblər arasında mübarizə daha da alovlanıb. Bu dairələrdən biri də 35 saylı Xətai Üçüncü Seçki Dairəsidir. 

Bu dairənin ölkə gündəmində olmasının səbəbi isə Ümid Partiyasının sədri İqbal Ağazadə ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru, tanınmış jurnalist Raif Arifoğlunun bir-birinə rəqib olmasıdır. Hər iki rəqib bütün resursları ilə aktiv seçki təbliğatına qoşularaq, seçkinin qalibi olmağı hədəfləyirlər.

Secki.net-ə daxil olan məlumata görə, Ümid Partiyasının sədri İqbal Ağazadə özünün təbliğat-təşviqat kampaniyası çərçivəsində 500 min manatdan çox vəsait xərcləyib. Yarım milyondan çox vəsaitin xərclənməsi isə onu deməyə əsas verir ki, bu ciddi seçki qanun pozuntusudur. Amma bu qanun pozuntunu Ümid Partiyasının sədri İqbal Ağazadəyə sübut etmək o qədər asan məsələ deyil.

Ümid Partiyasının sədri İqabal Ağazadəyə maliyyə dəstəyi verənlərdən biri də sabiq MTN şefi Eldar Mahmudovun “tikinti boss”u kimi tanınan, dələduz iş adamı, Beyləqan rayonundan olan İlham Qasımovdur. Məlumatda iddia olunur ki, bir ay öncə həbsdən azad olunan iş adamı İlham Qasımov 35 saylı Xətai Üçüncü Dairəsindən İqbal Ağzadənin deputat seçilməsini istəyənlərdən biridir.

İş adamının Ümid sədrini deputat görməsinin səbəblərindən birinin yaxın dostu, tanınmış müğənni Manaf Ağayevin rolu olduğu bildirilir.

Qeyd edək ki, Manaf Ağayev bir neçə gün öncə İqbal Ağazadənin seçicilərlə görüşündə iştirak edərək Ümid sədrini dəstəklədiyini elan etmişdi. Eldar Mahmudovun əlaltısı kimi tanınan İlham Qasımovun İqbal Ağzadəyə maddi dəstək verməsi və onu deputat görmək istəməsinin digər səbəbi isə iş adamının Ümid sədrinin qardaşı ilə gələcəkdə Xətai rayonu ərazisində şərikli tikinti biznesi ilə məşğul olmaq istəməsidir.